среда, 23 июля 2014 г.

"21" 
Görməsək də , getməsək də , Bizimdir o..

Tam 21 il..necə olduki öz yaşadığın yeri qoyub gedərkən düşünmədin ki , sona qədər vuruşmaq olar ? avtamatın tapancan olmasada daşnan olmazdı ? axmaq ! necə insansan ki sən atıb öz torpağını gəldin hə ? hər küncünə qədər tanıdığn doğma Ağdamını atıb gəldin hə ? bəs sənin insanlığın , mənəviyyatın ?! vətən qeyrətin ?! .. başa düşmədinmi ki qaçıb doğma torpaqsız qalmaqdansa ölməyin yaxşıdı ? hardan düşünəydine axı .. səndə ki insanlıq qalmıyıb.. mən .. mən heç o torpaqları görməmişəm , oranın havasını suyunu dadmamışam ama oranı səndən çox sevirəm.. sənin düşüncəndə isə sadəcə virtualda coşan biri kimi görsənirəm.. iş burasındadır ki sən heç virtualda belə sözünü deyə bilmirsən qaldıki mənim kimi realda diyəsən.. sən necə insansan axı ?! niyə hələdə 23 iyul gələndə hər il pis olursan.. o da ki əgər olursansa.. bu dövlət uduzur.. bu xalq günü gündən batır.. bilirsən bu xalq nə zaman belə oldu ? o zaman olduki mayın 18 nin nə günü olduğunu bilməyən 15 yaşlı Laçınlı qıza heç kim ağzın açıb bir kəlmədə demədi. axı bizdə demakratiya var özü bilər.. hara qədər biləcəysize ? bu dəfə həmişəkindən sərt olacam.. daima təmkinlə yazırdımsa bu gün əsəblə nifrətlə yazıram.. yazacam ki , fərqi yoxdu əlilsən ya sağlamsan fərqi yoxdu əyağın ya əlin şikəstdi .. fərqi yoxdu karsan ya korsan.. bir şeyi dərk eləki daha yatmağın vaxdı keçib.. əgər realda qorxursansa küçələrdə insanlıq azadlığ bağırmağa heç olmasa bir dəfə vaxdıvı sərf elə virtualda yaz. birləşib dünyaya çatdıraq ki biz kimiy.. Qarabağ bizimdir.. 1 həftə öncə oxuduğum kitabda belə bir cümləylə rastlaşmışdım : "vərdiş 21 günə olur. əgər 21 gün ərzində hər gün eyni şeyi təkrar etsən artıq vərdiş olacaq səndə" .. baxın bizdə nə 21 gün nə 21 bir həftə nədə 21 ay deyil.. tam 21 ildi.. 21 ildiki Ağdamsız Azərbaycan var.. Qanadını qırdılar qartalımın 21-22 il öncə.. artıq vaxtdır.. cihad etməyin vaxdı.. xaiş edirəm bir dəfədə düşünün nə keçir əlinizə boş sülhü müdafiyə etməklə ?.. inamsızlıq beyninizə hopub.. inanın .. bir dəfədə olsun inanın ki Qayıdacaq torpaqlar və bu sizin sayənizdə olacaq .. artıq vaxtdır.. 21 il ərzində yaşadığınız hüzn bəs edir.. məncə cihad etməyin vaxdı çatıb..

вторник, 22 июля 2014 г.

• "Edam günü" •
qələmim ağlıyır önümdəki vərəqlər qaralanır
yazdıqlarımı düşündükcə ürəyim paralanır. . (okaber)


Edam günü.. beynimdə səsləndirdiyim bu 2 söz həyatımın illər sonra necə olacağını bildirir sanki..otağıma sküt çöküb. . səssizlik sakitlik vermir bu dəfə.. əllərimdə əsir.. qələm tutmayan barmaqlar, 1 neçə il sonra repressiya qurbanı olacağını bilən bir yazar və bunlar sakit otaqda kar edir insanı..nəhayət yalançı səssizliyi pozacaq bir musiqi və playlisti okaberin , pranganın mahnılarıyla dolu olan yeniyetmə edam günü musiqisiylə başlayır yazmağa. 


yazır .. yorulmaq bilməyən qələmdə sanki nifrət edir.. niyədə etməsin ? kim dayana bilər ki , bildikdən sonra ki edam gününə az qalıb ..ən pisi isə həqiqətləri yazdığına görə məhkum olanlar, edamına dözə bilməyən sevdikləri , ailəsinində nifrəti yaranır hakimiyyətə..məhkum olmuş milliyətci sevdiyi qadınla gəzdiyi küçələrdəki xatirələri canlandırdıqca beynində əsən əlləriylə silir göz yaşların.. bilirki artıq dözümü qalmıyıb.. yaşı cavan olan gənc az yaşlı həyat təcrübəsində gördükləri qanadı qırıq qartalın çəkdiyi əzablardanda çoxdur.. sevdiyi qadında artıq onnan ümidini kəsdiyini bilir.. bilir ki daha Azadlığ carçısı küçələrdə Azadlığı bağıra bilməyəcək.. Qanadı qırıq qartalını Azadlıqdan məhrum tərzdə tərk edəcək. halbu ki o bu yolu seçəndə inanırdı. inanırdıki Azadlığı dadacaq bu xalq..və bir gün edamına az qalmış gənc dözmür .. dözmür ona göndərilmiş məktubdakıları oxuyarkən.. gözləri dolur əllər əsir biraz özünə nifrət qəm kədər və məktubdakı sözlər yadında düşür .. yazılmış sətirləri oxuyan gözlərdəki yaş.. dözülməz ağrı verirdi ürəyə.. .. məktubda sevdiyi qadının başqasıyla evləndiyi , ailəsinə vətən xaininin Valideynləri kimi baxılması yazılmışdı.. və bu sözlər o qədər acı verdiki o gəncə edamdan öncə urəyi dayandı.. o hətta edam gününə qədər dözə bilmədi..
bunları yazan yeniyetmə çox gözəl bilirdiki bir gün onuda bu tale gözlüyür..o dərk eləmişdiki ya bu dövlət azad olacaq. yada bir gün onuda qarnı burnuna dəyən məmurlar ifşa edəcək.. edama məhkum olacaq. ancaq o inanırdıki onun edamından sonra çox insan dəyişəcək. elə bir çevriliş olacaqki azadlığın nə olduğunu anlayacaqsınız..

понедельник, 21 июля 2014 г.

"Dost'a məktub"
-salam dost.. yeni kimi görünən bir gün və sənə yenə bir məktubum var. . buralara qayıtma. burda vəziyyət çox pisdir . əlbəttə biz hər cür çətinliyi birlikdə keçəcəyimizə söz vermişdik ama bu dəfə tamam fərqlidi. artıq məndə bezmişəm. Burda olanlar çətinlik deyil dost tamam başqa bir şeydir .. artıq küçədə cavan oğlanların çoxunda təspey , ağzında siqaret.. və varavskoy olublar.. yadaki bir neçə gey yığını. qızlarda avropalaşmağa hər gün dahada yaxınlaşırlar. necə diyərlər "müasir olmaq isdəmişdi , ola ola faişə oldu" ama şükür Tanrıya ki , normal insanlarda var. dost bilirsən burda hər şeyin dəyəri günü gündən itir ? ... bunlar sevgini axmaq tərzdə başa düşürlər. yəni səni sevirəm deyir bunu subut edəcək bir şey eliyir və sevgili olur .. yadındadı o keçmiş günlər. qara saçlı qısa boylu qız ? onu necə sevdiyim? qəhvəyi gözlərinə həsr elədiyim misralar ? dost indi belə şeylər qalmıyıb .. insanlar bütləşirlər sanki .. birdə hər tinə öpüşən "çütlük " lər var.. iyrəncdi.. axı bunu sən mənə başa salmışdın ki "sevgi yoxdursa öpüşmək tüpürcək alış verişidi". elə bu çünlüklərdədə tam bu cürdü..bunlar qoxunu ciyərə cəkmək anlayışında səf başa düşürlər. bunlar tam bir axmaqdır dost. buralar bu cürdü.. hələ bu olanların hamısı deyil.. çalışacam ki , özümü toparlıyan kimi yanına gəlim sənə hər şeyi öz dilimlə başa salım.. nəisə dost artıq gecdir sən qayıtma buralara...



Vətən və qadın.
-növbəti bir gün...
Vətəndən , vətənpərvərlik dən yazanda əlimə nə keçir ki? deyə düşünənlər oldu ilk dəfə hekayələrimin birində vətəndən yazanda. Bunun açığlamasını o zaman verməmişdim çün ki hələ "uşaq " idim. elə hamının gözündə. bilirdim ki cavablandırsam belə mənə uşaqlıq həvəsidir ötüb keçəcək deyəcəkdilər. halbuki onlar o balaca uşağın onlardan və onlar kimilərdən fərqli olaraq əqidəli , olmasını bilmirdilər. yaxın bir şair dosdum var öz treklərindən birində "iradəmdə dəmirdi gəmirir içimi kədər qəm " demişdi. məndədə tam o cürdü . yolumnan dönməyəcəyimi bilirəm ancaq çətinliklər qadınla qarşılıqsız sevgi ailədə soyuqluq məni bu yoldan döndərmək isdəmələri kədər vericidir. vətən haqqında yazdıqca sizə başa salmaq isdədiyim çox şey olur. qırmızı rəngin mənasızlığı kimi məsələn və ya savadsızlığınız. tarix kitablarıyla aldandığınız və s. sizsə hə uşaq olduğumu düşünüb oxumağa belə ərinirsiz. anlamıram sizi qarnı burnuna dəyən alçağlara pul vermək xoşdur mu ? və ya ömrü boyu kölə olmaq ? düşündünüzmü heç nə üçün Qarabağ qayıtmır ? ən nifrətə layiqi isə buna inanmamağınızdır. inamsızlığ əqidəsizlik beyninizə hopmuş , hopdurulmuş.. cavan qızlar azadlığın əxlaqsızlıqda olduğunu düşünən zaman köləlik boynuvuza yazıldı. cavan oğlannar dırnağ arası varavskoy yol gedənnən prezidentinin belə kim olduğunu bilməyəndən biz uduzmağa başladığ. necə diyərlər nə qədər ki bunlar var itirə itirə gedəciyik. xoşdur sizə ? dünən Dərbənd , Təbriz , bu gün Qarabağ ?! sabahsa, sabah sa Azərbaycan... qanadı qırığ qartalımı içindən parçalıyırlar anlamırsız ? Elçibəyin planı günü gündən silinir beyinlərdən.. oyanın . sadəcə oyanın . qalxın demirəm oyanın bəs edər. təbiiki oyanan çox adam olandan sonra qalxmağa ehtiyac qalmıyacaq.. mən 14 yaşımda başa düşə bilirəmsə siz də başa düşə bilərsiz.. vaxdımız azdı yolumuz uzun.. dərk eliyin həqiqətləri.. əgər qalmışza azda olsa insanlıq qadını sevdiyiniz qədər sevin Vətəni. təbiiki siz qadın sevgisin nə olduğunu bilmirsiz. sizin ki tinlərdə öpüşmək seks və bu türlü iyrənclik olduqca dəyişmək mümkünsüzlüyə yaxınlaşır.. oyanın..
Vətən və Qadın
-yenə yazmaq qərarına gəldim.. 
Hardan və ya necə başlayacağımı belə bilmirəm .çünki yazar deyiləm yazmaqla məşgulam sadəcə. Bu yolu seçmişəm mən. 2 il olub artıq. Bilirəm ki bu cür davam etsəm 5-10 il sonra repressiya qurbanı olacam. çün ki həkk etmək qərarına gəlmişəm vərəqlərə həqiqəti. 92 də nə olduğunu əslində kim olduğumuzu yazacam mən. VƏTƏN sevgisi vacib olduğun deyirəm həmişə. anlamadız ki Vətənini sevməsən bu yolda bir ola bilməyəcəyik. Biz Rəsulzadə mirasıyıq. 2001 ci ildən sonra doğulanlarsa bilmir kim olduğun Bu dahi şəxsiyyətin. ya Elçibəy haqqında məlumatı olan var mı ? soruşandada biz Tarix kitablarını oxuyub Tariximizi bilirik deyirsiz .. heç özlüyünüzdə düşünmədiniz mi ki necə olur ki 500 manat alan qarnı az qala burnuna dəyən məmurların necə o cür yekə imarətləri olur ? və ya maşınları ? . düşünmədiniz ki biz kimiy ? nə üçün kökümüzü soruşanda Türksən deyirlər ? "dədə qorqud" "oğuz" deyirsiz bilirsiz bunlar nə məna verir ? ədəbiyyatda Bəxtiyar Vahabzadə oxumusunuz heç onun Azəri deiyilik Türk oğlu Türkük ifadəsinin nə demək olduğunu bilirsiz ? hardan biləsiz ki "Azəri" ifadəsi farslardan törənib...Siz kim olduğunuzu bilmirsiz. axşamakimi əlində təspey başında "vasmi papağ" darbalağlı zibillər küçədə "özün tanıyan oğlanlara salam" kimi ifadələr işlədir .. bəs onlardan niyə soruşmursuz ki "sən kim olduğunu bilirsən ? " . sizinki yalnızca başıboş sevgi və axmaq sevgi mesajlarıdı. bəziləriniz bunu oxuyanda sizi niyə qınadığımı düşünürsüz hətta bəziləriniz mənə nifrət edir..nəyə görə ? çün ki həqiqətləri həkk edərkən hadisələrin içində sizdə varsınız . googledən tapdığınız sevgi mesajlarıyla qızları "bişirib" sevgili olmağıvızı qeyd edirəm mən. və ya quş beyinli qürursuz qızların gündə biriylə fırlanması mənə xoş olmadığıyçün yazıram. bəli mənə nifrətlə yanaşacaqsız çün ki dözülməzdir bunları qəbul etmək. ağrı verir iliklərivizə qədər olmasına şüpə etdiyim vicdanınız sizə.. yaxşı bunları qoyaq bir kənara tutaq ki mən geridə qalmış axmağam zəmanəyə uyğun deyiləm.bəs ölkəndə okaber , pranga varkən justin bieber ə qulaq asmaq nədi ? və ya hansısa başqa bir orta cinsə mənsub olana..ingilis dilini bilən lərə yenədə az maz haqq qazandırmaq olar ki ərgəndir hələ sevgi acısı yaşıyır nəblim justində elə oxuyur falan filan. bəs ingilis dilini başa düşməyənlər? onlara nə deyək? bunlarıda qoyaq bir kənara? yola verək gedsin ? dünən bir dəfə öldüm mən. cismən deyil ruhən öldüm. çox şeyi basdırdım içimdə. ama bu gün mənə dəstək olanlar sayəsində bir daha yıxılmamaq şərtiylə ayağa qalxdım yenidən. Bəli Milliyətçiyəm. Vətənpərvərəm. bəs sən kimsən? bir düşünmüsən heç ? məncə bu haqda düşün . ən Azından Vətənini sevə biləsən. özünü tanıya biləsən..