вторник, 22 июля 2014 г.

• "Edam günü" •
qələmim ağlıyır önümdəki vərəqlər qaralanır
yazdıqlarımı düşündükcə ürəyim paralanır. . (okaber)


Edam günü.. beynimdə səsləndirdiyim bu 2 söz həyatımın illər sonra necə olacağını bildirir sanki..otağıma sküt çöküb. . səssizlik sakitlik vermir bu dəfə.. əllərimdə əsir.. qələm tutmayan barmaqlar, 1 neçə il sonra repressiya qurbanı olacağını bilən bir yazar və bunlar sakit otaqda kar edir insanı..nəhayət yalançı səssizliyi pozacaq bir musiqi və playlisti okaberin , pranganın mahnılarıyla dolu olan yeniyetmə edam günü musiqisiylə başlayır yazmağa. 


yazır .. yorulmaq bilməyən qələmdə sanki nifrət edir.. niyədə etməsin ? kim dayana bilər ki , bildikdən sonra ki edam gününə az qalıb ..ən pisi isə həqiqətləri yazdığına görə məhkum olanlar, edamına dözə bilməyən sevdikləri , ailəsinində nifrəti yaranır hakimiyyətə..məhkum olmuş milliyətci sevdiyi qadınla gəzdiyi küçələrdəki xatirələri canlandırdıqca beynində əsən əlləriylə silir göz yaşların.. bilirki artıq dözümü qalmıyıb.. yaşı cavan olan gənc az yaşlı həyat təcrübəsində gördükləri qanadı qırıq qartalın çəkdiyi əzablardanda çoxdur.. sevdiyi qadında artıq onnan ümidini kəsdiyini bilir.. bilir ki daha Azadlığ carçısı küçələrdə Azadlığı bağıra bilməyəcək.. Qanadı qırıq qartalını Azadlıqdan məhrum tərzdə tərk edəcək. halbu ki o bu yolu seçəndə inanırdı. inanırdıki Azadlığı dadacaq bu xalq..və bir gün edamına az qalmış gənc dözmür .. dözmür ona göndərilmiş məktubdakıları oxuyarkən.. gözləri dolur əllər əsir biraz özünə nifrət qəm kədər və məktubdakı sözlər yadında düşür .. yazılmış sətirləri oxuyan gözlərdəki yaş.. dözülməz ağrı verirdi ürəyə.. .. məktubda sevdiyi qadının başqasıyla evləndiyi , ailəsinə vətən xaininin Valideynləri kimi baxılması yazılmışdı.. və bu sözlər o qədər acı verdiki o gəncə edamdan öncə urəyi dayandı.. o hətta edam gününə qədər dözə bilmədi..
bunları yazan yeniyetmə çox gözəl bilirdiki bir gün onuda bu tale gözlüyür..o dərk eləmişdiki ya bu dövlət azad olacaq. yada bir gün onuda qarnı burnuna dəyən məmurlar ifşa edəcək.. edama məhkum olacaq. ancaq o inanırdıki onun edamından sonra çox insan dəyişəcək. elə bir çevriliş olacaqki azadlığın nə olduğunu anlayacaqsınız..

Комментариев нет:

Отправить комментарий