Bu Məqaləni Yaxın dostum Kənan Süleyman yazıb.. Mənimçün çox böyük dəyəri olan o insana daim dəstək verməyi özümə borc bilmişəm. Bu yolda mənimlə birlikdədir və bu daim belə davam edəcək.
-Təşəkkür Qardaşım..
"Ölsəm şəhidəm qalsam qazi "
Və qələm vərəqə yaxınlaşır. Düşündüm ki artıq yazmaq vaxtıdır susmaq deyil. Axı bizim məqsədimiz, seçdiyimiz bir yolumuz var. Nədir axı bu yol?! Sonu harda bitir? Yada heç bitəcəkmi?. Düzü bu suallar həmişə məni narahat edib. Ama ki bu yolun bir məqsədi var “siz”lər. Xalq üçün yazmaq. Çox vaxt bu sətir ağlımdan keçər xalqı düşünəndə “xətt çəkib öz teleyinə düşünmək xalqın taleyin...” Xalq üçün canını fəda edən, öz həyatını puç edən insanlara qarşı böyük hörmətim olmuşdur. Axı onların məqsədi müqəddəsdir. İNSANLARI insan etmək. Mən də xalq üçün hər şeyə hazıram. Canımdan belə keçməyə. Axı mən 1 nəfərəm onlar milyonlarladır. Məncə milyonların oyanması üçün bir nəfərin batışı heçnədir. Ama yenədə o 1 nəfərin etdiyi böyük bir işdir. Ona görədə bu yolda ölsəm şəhidəm. Əlinə silah alıb xalqını qoruyanla, əlinə qələm alıb xalqını oyadanın arasında fərq görmürəm çünki mən. Ama ya yarı yolda qalsam? Yazmasam, yox olsam. Və hər şey yarım qalsa onda? Mən deyim, sadəcə “heç kim”lər dən biri olaram. Məndən söz düşsə biri var idi qorxdu çıxdı getdi deyərlər. Yəni bir işə başladınsa ya bacaraqsa yada tam batacaqsan. Atam həmişə mənə bu sözü deyir və məndə onu özümə şüar seçmişəm “ya bir yarışda qalib olacaqsan yada heç olmayaqsan” mən qalibiyyəti seçdim. Və olacamda Hafiz bəy kimi dostların köməyi ilə. Mənim üçün qalibiyyət müsbətə doğru dəyişən 1cədənə insan deməydi. Düşünün dəyişən 100lərlə insan 100lərlə uğurdun mənim üçün. Deyəlim ki hərə bir tərəfdən yazdıq. Xalq bu xəstəlikdən azad oldu. Və daha gözəl Azərbaycan oldu. Xəyalımda kı Azərbaycan. Fahişə ruhluların olmadığı bir Azərbaycan. 11-12 yaşlı sevgililərdən arınmış Azərbaycan. Təsbehin namus olmadığı bir Azərbaycan, 13-14 yaşdan çayxanlarda böyüyən “oğlan”ların olmadığı Azərbaycan. Ailə qətliamları olmayan, 1-2 qram toza görə həyatı puç olanların olmadığı vətən. Kol arxaları deyə bi mədəniyyət olmadığı Azərbaycan və daha nələəər nələr. Bəli bu mənim arzularımdır. Arzu... Hansı gerçəkləşməsi üçün ya Tanrıdan güc diləyərsən yada sadəcə diləyərsən. Düşünürəm ki tanrı bu gücü mənə verib və mənim bu gücdən istifadə etməməyim günah olardı. Bəli xəyalımdakı Azərbaycan bunları istəmirdim ama istədiklərimdə var sözsüz. Saf sevgi, vətənə sadiq olan. Mİllət sevən ama separatçı adlandırılmayan. Və daha çox şeylər. Mən və mənim dostlarım bizim kimilər və sizlər! Əminəm ki belə olsa bacararam bacarıq birlikdə!.O zaman ölsəm şəhidəm... Ama heç kəs tam bacaracağıma zəmanət vermir, sözsüz verədə bilməz. Bunlar hamısı fərziyədir. Çoxsu doğru olar çoxsuda səhv çıxa bilər.Çoxsu səhv idi ama dəymədilər. Ama nədənsə ən doğru olan Nəsimi idi o çarmıxa çəkilən Nəsimidən buyana çarmıxa çəkilə çəkilə gedirik.. dərimiz soyurlar.. milli ruh və mənəviyyatımızı hər gün soyurlar.. bizi öyrəşdirirlər.. Mən öyrəşmiyəcəm lakin. Ama bir az fərqli olsa. Biz yazsaq çatdırsaq və oyatsaq. Ama tam oyatmasaq. O zaman nə olar? 2 böyük ziddiyət? Yoxsa yenə məhv olarıq. Mənim fərziyəm bu yöndədir ki bir xəstəlikdən yayılacaq düşüncəmiz. Sözdə sağlamları sözdə xəstələrə çəkəcək. Və gecdə olsa bu dünyaya yayılacaq. Zamanla düzələcək. Və mən bir müharibə veteranı tək, qazi kimi kənardan bu gözəl dəyişimi izləyəcəm. Ama düşünəndə pisinidə düşünmək lazımdır mütləq. Dahilər belə edirlər bildiyimə görə. Ama dahi deyiləm, dahi kimi düşünməyə çalışıram. Nəysə çox uzatmıyım. Birdə bunu düşünün biz yoxuq, HOST yoxdu, Okaber, Pranga, Hafiz, Müşviq abi (və daha kimlər.) Ola bilər idealogiya və istəklər fərqlidi ama məqsəd hamıda eyinidi axı xalq millət və vətən. Və bunlari düşünən Heç kəs yoxdur. Düşüncələr yalnız ehtiras,aqresiyya,kreslo davası, yalan, aldatma və nəfsdən ibarətdir. Qardaşını 40qram ətə görə öldürən, atasını 4qram toza görə öldürənlər və daha nələr. Əsl qiyamət? Yoox hələ bu azdı bunlar şükürlü qalacaq daha sonra olacaqların yanında. Bax əsl XƏSTƏLİK yayılmağa başlıyacaq və çarənin sahibləridə topraq altda olacaq. Və bu sevdiyiniz dünyanız məhv olacaq. Nəmi edək? Mənim 1cə fikrim var. Özünüzdən muğayət olun. Gec deyil hələdə heçnəyi dəyişmək üçün. Dəyişədə bilər niyədə yox. Ama əgər bunları etməsəz, biz Əgər bacarmasaq, oturun və sakitcə Tanrının sizə göndərəcəyi qurtarıcıları gözləyin, Yadaki onlar gələnədək XAOSA şahid olun!