воскресенье, 30 ноября 2014 г.

               Noyabırın son günüdür.. Saatlar sonra başlıyacaq soyuq dekabr..

Yazsam ki bu ayıda sevmirəm , hər kəs deyəcək ki nolduye bu insan hec bir ayı sevmir. Ama bu həqiqətəndə belədir. Yadımdadı lənətlənmiş həmin il.. soyuq yanvar ilə başlayıb şaxtalı dekabrla bitən 2009... Bəli həmin il çox ağır olub mənimçün və elə həmin gündən sonra mənim nifrətim var   soyuq günlərə, soyuq aylara, soyuq fəsillərə.. Həmin il babamın ölümü ilə başlamışdı.. Novruz bayramında bizə pay gətirən babam evə qayıdanda maşın qəzasında öldü.. Və indiyədək mən özümü bu ölümdə günahkar bilirəm. Çün ki babam həmin gün mənə “Bax Hafiz bunları sənə görə gətirmişəm oğuldemişdi.  Babamın ölümün hələ “həzm” etməmiş Mənə qardaş kimi əziz olan Bibim oğlu xərçəng xəstəliyindən öldü. Həyatının son ayını bizdə keçirən “qardaşımın” vəfatı məni həqiqətən sarsıtmışdı.. Bizim birgə çox arzumuz var idi və həqiqətən o yeganə insandır ki Hər dəfə qəbri üstə ziyarətə gedəndə özümü saxlaya bilmirəm. Hönkürə hönkürə ağlayıram..Daha sonra ailəmizin iki üzvünün ölümü məni o qədər sarsıtdı ki uşağ olsam belə kədəri içimdə boğmağı öyrəndim. Həvəslə 10 yaşımı qeyd etməyi arzulayırdım ki , olmaz dedilər.. Ailəmizdə yas var dedilər..

Bax sevgili mən buna görə Sevmirəm soyuq olan hər günü.. Elə səninlə ayrılığımızda soyuq bir gündə oldu.. Keçmişdəki nifrət dolu səhflər və bunları gizlədərək gələcək qurmaq arzusu. Bilirəm səndə məni sevirsən bəlkə az , yada düşünə bilmədiyim qədər çox.. Elə məsələdə burdadır ki , sevgi məhz sevməklə olmur.


Bu gün pəncərəmi döyən yağışda mənə sənin ətrini gətirir. Yada hələdə burnumda sənin o çay qoxulu, hər dəfə ciyərimə çəkəndə mənə sevməyin nə olduğunu öyrədən ətrin qalıb..İlk görüşdə aşiq olmuşdum, daha sonra qoxunu ciyərlərimdə hiss etdim. ilk dəfə “Parfumer” kitabını oxuyanda “necə ola bilər ki bir oğlanın qoxulara bu qədər marağı olar ? “ deyə sual vermişdim özümə. Bu gün biraz düşündümdə mənim Həmin oğlandan tək fərqim gün keçdikcə yeni ərtirlər deyildə hər gün eyni ətrin arzusunda olmağımdır.. Bu sənin ərtindir.. Qızılı  saçların vardır birdə sonsuz sevgimi üzərində qurduğum o saçlar və o saçlara valehedici şəkildə yaraşan dəniz gözLərinin içərisində özümü tapdığım gün səni sevdiyimi anlamışdım.. Bilmirəm sevgim qarşılıqlıdı ya yox amma bu sona qədər davam edəcək.. Və bu gün sona qədər yaza bilmədiyim bu hekayə sözümün tükəndiyindən deyildə fikirlərimin darmadağın olmasındandır.. 

Комментариев нет:

Отправить комментарий