"Ən kinli insanında içində-hardasa bir dərinliklərdə bir nostaji , bir qüssə vardır mütləq."
-Yadımdadı indiki kimi, 2012-ci ilin əvvəlləri
– yanvar ayı idi.Şaxtalı hava yerdə olan qar ilə birlikdə elə bil hər şeyi
soyutmaqdan həzz alırdı. Köhnədən qalma bir fotaparatım vardı yalandan
qurtdalıyırdım ki bəlkə düzəldim.Birdən qapımız döyüldü qaça-qaça getdim qapını
açmağa. Nənəmi gözlüyürdüm ama başqa qadında gəldi nənəmlə birlikdə.Orta boylu
arıq birdə solğun idi sanki.Nə qədər kövrək olsada içəri girəndə gülürdü və məni
görəndə elə bərk qucaqladı ki, nəbilim Vallah elə bil onillik hərsətdə idi..Əlində
rəngi solmuş qara çanta birdə bizə pay gətirdiyi üzərində “yeni il” yazılı bir
salafan vardı. Onları mənə verdi özüdə nənəmlə bilikdə içəri otağa daxil oldu.Nənəm
məni çağırdı qulağıma astadan pıçıldadı ki ,
“Hafiz sən burda otur bu xalaynan mən gedim yeməyi hazırlıyım”.Üzümü
turşudaraq nənəmə oturmaq isdəmədiyimi bildirsəmdə məcburiyyətdən oturası
oldum.
Qarşımdakı qadında hey gülümsüyürdü.Bir müddət bir bizimiz süzdük.
Otaqdada bir sükut vardı. Birdən qoca
qadın söhbətə başladı harda oxuduğum nə ilə məşgul olduğumu soruşurdu evə gələn
hər qonaq kimi.Biraz söhpətləşdik. Sora
mən buna sanki öyrəşdim və sual verdim ki “xala sənin uşaqların ərin hardadı ?”
elə bunu demişdim ki gözü doldu. Niyə dolmalı idi ki ? mənki o qədər kövrəldici
sual verməmişdim..
Qoca
qadın söhpəti dəyişməyə çalışsada mən 2-3 dəfə eyni sualı təkrarladım.Axır qoca
qadın dözmədi.Gözüdə o qədər doldu ki , bir damcı yaş süzüldü elə ordanda
başladı hər şey. Danışmağa başladı..Açığın deyim ki ilk dəfə idi bir insanın bu
qədər ürəkdən içi yana-yana danışmasını gördüm. Qadın dərindən nəfəs aldı və
“Bax oğlum sən bunları anlamarsan. Qarşındakı
böyük , söhpəti dəyişirsə çox üzərində durma. İndi hələ uşaqsan başa düşmürsən.Bəlkə
kiminsə dərdi var deyə bilmədiyi ? Bax bala, mənim ərim 1944-cü ildə o lənətə gəlmiş
müharibədə dünyasını dəyişdi. Könüllü yazılmışdı. Məndə təzəcə öyrəndim
öldüyünü. 46 cı ildə mühaibə tamam qurtarmışdı. Gedənlər qayıdırdı ama , ama mənim
ərim gəlmədi. Tam indiyə qədər yəni 67
ildi ki gözlüyürəm. O gedəndə mən hamiləydim və birdə bir yaş iki aylıq oğlum
vardı. Hər ay o sovetlərdə ölənlərin adları yazılan löfhə vare ora gedirəm
adlara baxıram heç olmasa ölüb ölmədiyini bilim.Ordada yoxdu adı..Hər səhər
duranda tanrıya dua eliyirəm bəlkə bir xəbər gələr deyə..”
-Xala bəs sənin oğlun noldu ? o haradı ? – deyə
soyuşdum. Bilsəydim heç soruşmazdım.. Qoca ele ürəydən ağladı ki, sanki 92
illik həyatında ağaran saçlarında olan o dərdləri ilk dəfə yaşayır..
“Adı Hafiz idi. Sənin adaşın. Atasından sonra
diş-dırnaqla bir oğul böyütdüm nə olsun ?! 92 də yenə başladı. Başımız batsın !
sovetlərin qulu olmuşuq həmişə. Bu dəfədə o murdar erməniləri üstümüzə göndərdilər
oğlum neynəsin yazığ nə qədər getməy isdəsədə qoymadım getsin. Az deyildiye tam
48 yaşı varıydı o boyda bir kişinin nə işi var idi orda ? arvad uşağıda var idi
. Onlara kim baxacaqdı ? yox olmazdı.. qoymadım.. ama nə fayda 2 gün sonra
Onalara getdim ki hal əhval soruşum oğlum nə gəzir? Dedilər gedib artıq. Elə o
gedən bu gedən birdə qayıtmadı.”
-Başın sağ olsun xala , bu ki bir fəxrdir sən
o boyda şəhidin anasısan. Ürək-dirək
vermək isdədim guya. Qocada qabağımda o qədər ürəynən ağlıyırdı ki mənimdə gözlərim yaşarırdı.
“Bax ən ağırıda bududa oğlum şəhid olmadı.. o
minaya düşüb əyağını itiribmiş hərbi qospitalda dözə bilmiyib özün öldürmüşdü.”
Qoca kürəyinə saldığı tünd qaramtıl yaşıl şalı
ilə gözünü sildi. Sonra yenə
“Oğlum adaşın idi.Adınız bir olsada bəxtiniz bil olmasın bala.Elə indidə nənənlə
poçdan gəlirik. Ərimin ölüm məktubu gəldi... Bax buna görə diyirdim hər şeyi
soruşmazlar . Gördün söhpəti dəyişirlər səndə dəyiş..Əşi nəysəye mənidə
ağlatdın. Başqa nə var nə yox”-dedi.Birazda danışdıq ki nənəm gəldi , mən
getdim öz otağıma. O günə kimi həyta tamam başqa bir gözlə baxırdım.
O gün
anladım ki əsil dərd qəm kədər hətta əsil sevgi nədir. Tam 67 il birini gözləmək
səni yarı yolda qoymasına baxmayaraq tam 67 il. Zarafat deyil az qala bir
insanın ömrü qədər. Elə o gün bildim gerçək sevgi nədir deyə.
Bu gün isə həzin mahnılarla o nostajini
yaşayıram.Bəzən öz kiçik otağıma bir küncə qısılıram. Yadıma düşdükcə gözlərim
dolur.Pəncərəmdə tıkkıldayan yağış , küləylər şəhərinin o solğun və tünd küləyi sanki dərdləridə üzə vurur. Elə bil uzaq
diyarlardan kədər gətirir , yalnızlığın , kimsəsizliyin dadından dəm vurur.
Bilirəm məndədə günah var.İki gün öncə könlünə toxunduğum qadının yalnızlığıdır
bəlkdə yaşadıqlarım.Əsən hər küləkdə onun qızıl saçlarından keçib gəlir sanki.
Qoxusu var qısaca hər yerdə. Yada bilərəkdən
küləylə ətrin göndərir. Necəki mən qələmlə çatdırıram sözlərimi o da elə.Və o
gün deyəndə ki bu şəhərə lənələrindən danışarsan oğluna , o anlamadı bu şəhər deyəndə içimizdəki şəhərdən
danışırdım. Ölçüsü yumruq boyda olan ürəkdə yaratdığım ölkənin şəhəri..Ortaq
arzularımızı birləşdirən şəhəri.
Və ən əsası bu gün alayıram ki , hər kəs səni
tərk edəcək , səni acılarla baş başa qoyacaq. Əsas olan oldur ki sən bu gün az
qala bir insan ömrü qədər zaman müddətində uğrunda üzülərək yaşamağa dəyəcək birini
tapasan.
Комментариев нет:
Отправить комментарий