четверг, 22 января 2015 г.

Bu səhər oyananda yenə bir səssizlik var idi çarpayının yanında..Bu səhərin bir fərqi var idi digərlərindən-Artıq 15-ci yanvarımı yaşayırdım ,amma , çarpayıdan qalxmağa belə gücüm yox idi..Biraz toparlandım və yenə həmin alaqaranlıq masanın arxasına keçdim.Boş vərəqlərlə dolu masamın üzərində bircə qələm var idi.Səssizliyimlə baş-başa qalanda mənə sirdaş olan o qələm.Elə o qələmdə öz sirlərini mənə danışırdı.Sizcə bəzən bir sözü düşünübdə qeyri-ixtiyari başqa sözü yazmaq təsadüfmüdür ? xeyir.. Bu qələmin sözüdür.Onunda danışmaq isdədikləri olur bəzən.Bu gündə biraz həmsöpət olarıq deyə qələmimi əlimə aldım.Biraz xatirələr biraz nostaji - rahatlaşmaq ümidi ilə..

“Bu səhər günəşi gözlüyürdüm  amma duman bürümüşdü bütün şəhəri.Yaşamaq üçün uyğun gün deyildi. Ama nə edə bilərəm ki ? Axı mənim tutacaq sözlərim var.Hər səhər sayəsində dik dura bildiyim sözləri deyirəm.Bəzən düşünürəm ki, verdiyim sözləri , vədləri , ümidləri həyata keçirdikdən sonra intihar edim.Hər kəsə isdədiyi kimi həyatı bəxş edim sonra isə səssizcə yox olum.Bilirəm dediyim qədər asan deyil bunları həyata keçirmək ,amma , mənim verdiyim sözlərdə çox deyil ki .. Və mən bu fikirlərlə bir çoxunun gözündə pessimizmə qapılmış bir yeniyetmə kimi görünərəm əgər dilimə gətirsəm.Elə fərqimizdə bundadı əziz qələm.Sən isdədiyini yazırsan, isdədiyini deyirsən bunu hər kəs normal qarşılayır.Ancaq, mən bunları kiməsə desəm mənə axmaq , pisixoloji əzab çəkən biri kimi baxacaqlar.Açığın deyim ki, mənim fikirlərimin dərinliyinə qədər çata bilən yeganə varlıq sənsən.Gec və çox çətin olsada bununla razılaşdım.İlk öncə mühitimi qınıyırdım , sonra mentaliteti , sonra dünyadakı bütün axmaqları daha sonra psixoloqları , sonra irqçiləri, sonra milliyətçiləri və sonra sonra..Bu gün isə mühitin ən axmağı , mentalitet sərhədlərində psixololoq , irqçi milliyətçiyəm.Qınağ hədəfim belə yoxdur.Quyunun dibində, lap dibində o qapqaranlıq zülmətin sonunda olan sonsuzluqdakı boşluqda itmişəm.Nə qədər çapalıyıramsa çıxa bilmirəm ki , bilmirəm..
Atam hər zaman başa salırdı ki , problemi həll etmək üçün öncə problemin nə olduğunu bilmək lazımdır.Mən nə qədər çalışsamda məsələnin nə olduğunu başa düşə bilmirəm.Məni sıxan bu mühitmidir ? Bəlkə , bu qədər təzyiq məni boğur ? yox.. Ola bilməz. Çünki  mən iki ildir ki bu yoldayam.Saysız hesabsız təzyiqlər mənə təsir etmir deyə bilmərəm.Lap təngə gətirir.Yığılmışam boğaza qədər.Amma bunları öncədən düşünmüşdüm..Bilirdim bunlar olacaq və mən özümüdə elə bir psixoloji qalxan yaratdım ki, edilən hər bir təzyiqi immunitet kimi qəbul edirdim.Təzyiqlərdən güc almasamda onlara görə yıxılmırdımda yəni..Belə çıxır ki , mühit mənə təsir etmir. Başqa nə ola bilər ki ? Yaşımın azlığındanmı bu qədər sıxılıram ? əgər elə olsaydı iki il öncədən sovrulub gedərdim çəkişmələr arasından.. Axı iki il öncə iki yaş daha balaca və iki yüz dəfə kiçik düşüncə çərçivəm var idi..Bəlkədə çürük beyinli gənclərdi mənim problemim ? onların psixologiyasına qarşılığım ? mənim mənəvi müharibəmdir bəlkə ?! Yox.. Baxmıyaraq ki , ətrafımda təspehli, dizlərinə qədər ulduz döyməli “gənclər” yada başında ruslar demişkən “kaskadyorlar” kimi “çeçenka” saxlayıb, dar balağ , qırmızı makasinlər var..Mən onlarla mübarizəni davam etdirəcək qədər güclüyəm deyə düşünürəm..Bəs bu qədər güclü ola bilirəmsə niyə özümü bu qədər dərinlikdə hiss edirəm ? bəlkə daha fərqli bir problem vardır ? Açılan hər tutqun səhərin davamında yaşadıqlarım nə qədər sıxırsa, çiynimdəki ağırlıqları ata bilmirəm mən..Düşünürəm ki, çətinliklər gecədən qalmalardı.Hər günün ağırlığı ilə yatıbda səhər həmin yüklə necə bir xoşbəxtlik gözləmək olar ki ? Ancaq ailəm dostlarım vardır o yükləri vaxt aşırı çiynimdən götürməyə kömək edirlər..Gecədən qalmalarlada bu qədər dərinə düşməmişəm demək. Əsəb və gərginlik ola bilərmi ? Və ya hansısa bir qadın, yada “hansısa” dediyim qədər sıradan biri olmayan o qadın ? Əsəb və gərginlik ola bilməz.Bunun üçün istirahət günləri ayırmışam və tamam rahatlaşdırır bəzən.. Bəs qadın ? Bu məsələyə toxunmağa çəkinirdim qələm sənsə qeyri-ixtiyari o sualı yazdırdın.. Bəli, bəzən buna görə çox sıxılıram , darıxıram, ipək saçları arasında özümü tapdığım qadının ətri burnumda qalıb və heç vaxtda getməyəcək..Eyni masa arxasında bu qədər uzaqlığı mən ilk dəfə onda görmüşəm. Və mən buna mənəvi böhran adını vermişəm..Bəzən özümü güclə sıxıram, qorxuram ayaqlarım da sənin kimi sözümə baxmıyıb məni onun yanına aparar , qollarım ona sarılar, dodaqlar öpər, gözlər baxar və bütün hiss etdiklərimi bildirər bütün cismim.Ancaq buda məni o dərinliklərə qədər batıra bilməz. Bəli razıyam bəzən o gözlərin içində yox oluram. Ama şair də gözəl deyib: “Öz səssizliyinlə baş-başa qalmağın qarşısında bir qadının yoxluğu nədir ki ? –Heçnə.” Otağımdakı sükutda boğuluram , musiqiyə nə qədər səs versəmdə sanki qulaqlarım kar olur..İnsan sakitlikdə öz vicdanıyla, kimsəsizliyi ilə baş-başa qalır deyirlər. Elə məndə bunuçün bu qədər dərinliyə gedirəm bəlkədə..
Yada tamam fikir qırıqlığının qovuşma nöqtəsidir səbəb ? 
-gecədən qalmaların yorğunluğunu çiynimdən ata bilmədən, mühitin arasında boğulmaq, mentalitet sərhədində “əxlaqsızlıq” görmək, dar balağlı makasinlilərin arasından təsbeh söhpətlərini-oğlanlıq mübahisəsini eşidə-eşidə, bir qadının yoxluğunu-uzaqlığını, əsəbləri və gərginlikləri içimdə basdıra-basdıra hər kəsin arasından sovuşub dərsə getməkmi sıxır məni ? məncə budur problem.Dama-dama göl olar deyirlər. Məndə bir göl deyildə okean qədər çoxalıb o damlalar.Bir günəş lazımdır ki, şüalarıyla istilik saçıb buxarlandırsın damlaları tək tək.Atamla bu yaxınlarda söhbət edərkən ağlımdan heç vaxt çıxmayacaq və həyatımda böyük dəyişiklik edəcək bir cümlə vurğuladı : “kazinoda udmağın bir yolu var o da kazinonun sahibi olmaqdır.” Sevgili qələm mən həmin günəş olmağı qərara almışam. Hər günkündən daha güclü olmaq , mübarizəni dayandırmamaq, hər şeyi qaldığı yerdən düzəltmək üçün əlimdən gələni edəcəm..indi isə sağollaşmalıyıq icazənlə..”

Masanın arxasından daha güclü biri olaraq qalxıb pəncərənən baxdımda,duman çəkilmişdi. Özümə bir fincan çay süzüb,saata baxmaq üçün boylandım.Günlər öncə yazdığım bir cümlə yadıma salmaq üçün divara yapışdırdığım bir vərəqdə gözümə sataşdı.Vərəqdə “Hədəflərimi sxem şəklinə salıb bir vərəqə köçürmək isdədim.Nə qədər kiçiltsəm də hədəflərimi sığdıracaq qədər böyük vərəq tapa bilmədim.Və anladım ki, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” yazmışdım.Qeyri-ixtiyari üzümdə yaranan o təbəssüm məndə qəribə hisslər yaratdı.Və çayımı içib 15 –ci doğum günümdə məni maraqlandıran təbriklər üçün “mənim mübarizəmlə dolu” olan küçələrin arasından sıyrılıb hər günkü kimi dərsə getdim. 

Комментариев нет:

Отправить комментарий