воскресенье, 21 декабря 2014 г.



"Ən kinli insanında içində-hardasa bir dərinliklərdə bir nostaji , bir qüssə vardır mütləq."


       -Yadımdadı indiki kimi, 2012-ci ilin əvvəlləri – yanvar ayı idi.Şaxtalı hava yerdə olan qar ilə birlikdə elə bil hər şeyi soyutmaqdan həzz alırdı. Köhnədən qalma bir fotaparatım vardı yalandan qurtdalıyırdım ki bəlkə düzəldim.Birdən qapımız döyüldü qaça-qaça getdim qapını açmağa. Nənəmi gözlüyürdüm ama başqa qadında gəldi nənəmlə birlikdə.Orta boylu arıq birdə solğun idi sanki.Nə qədər kövrək olsada içəri girəndə gülürdü və məni görəndə elə bərk qucaqladı ki, nəbilim Vallah elə bil onillik hərsətdə idi..Əlində rəngi solmuş qara çanta birdə bizə pay gətirdiyi üzərində “yeni il” yazılı bir salafan vardı. Onları mənə verdi özüdə nənəmlə bilikdə içəri otağa daxil oldu.Nənəm məni çağırdı qulağıma astadan pıçıldadı ki ,  “Hafiz sən burda otur bu xalaynan mən gedim yeməyi hazırlıyım”.Üzümü turşudaraq nənəmə oturmaq isdəmədiyimi bildirsəmdə məcburiyyətdən oturası oldum.
 Qarşımdakı qadında hey gülümsüyürdü.Bir müddət bir bizimiz süzdük. Otaqdada bir sükut  vardı. Birdən qoca qadın söhbətə başladı harda oxuduğum nə ilə məşgul olduğumu soruşurdu evə gələn hər qonaq kimi.Biraz  söhpətləşdik. Sora mən buna sanki öyrəşdim və sual verdim ki “xala sənin uşaqların ərin hardadı ?” elə bunu demişdim ki gözü doldu. Niyə dolmalı idi ki ? mənki o qədər kövrəldici sual verməmişdim..
  
  Qoca qadın söhpəti dəyişməyə çalışsada mən 2-3 dəfə eyni sualı təkrarladım.Axır qoca qadın dözmədi.Gözüdə o qədər doldu ki , bir damcı yaş süzüldü elə ordanda başladı hər şey. Danışmağa başladı..Açığın deyim ki ilk dəfə idi bir insanın bu qədər ürəkdən içi yana-yana danışmasını gördüm. Qadın dərindən nəfəs aldı və

“Bax oğlum sən bunları anlamarsan. Qarşındakı böyük , söhpəti dəyişirsə çox üzərində durma. İndi hələ uşaqsan başa düşmürsən.Bəlkə kiminsə dərdi var deyə bilmədiyi ? Bax bala, mənim ərim 1944-cü ildə o lənətə gəlmiş müharibədə dünyasını dəyişdi. Könüllü yazılmışdı. Məndə təzəcə öyrəndim öldüyünü. 46 cı ildə mühaibə tamam qurtarmışdı. Gedənlər qayıdırdı ama , ama mənim ərim gəlmədi. Tam indiyə qədər yəni  67 ildi ki gözlüyürəm. O gedəndə mən hamiləydim və birdə bir yaş iki aylıq oğlum vardı. Hər ay o sovetlərdə ölənlərin adları yazılan löfhə vare ora gedirəm adlara baxıram heç olmasa ölüb ölmədiyini bilim.Ordada yoxdu adı..Hər səhər duranda tanrıya dua eliyirəm bəlkə bir xəbər gələr deyə..”

-Xala bəs sənin oğlun noldu ? o haradı ? – deyə soyuşdum. Bilsəydim heç soruşmazdım.. Qoca ele ürəydən ağladı ki, sanki 92 illik həyatında ağaran saçlarında olan o dərdləri ilk dəfə yaşayır..

“Adı Hafiz idi. Sənin adaşın. Atasından sonra diş-dırnaqla bir oğul böyütdüm nə olsun ?! 92 də yenə başladı. Başımız batsın ! sovetlərin qulu olmuşuq həmişə. Bu dəfədə o murdar erməniləri üstümüzə göndərdilər oğlum neynəsin yazığ nə qədər getməy isdəsədə qoymadım getsin. Az deyildiye tam 48 yaşı varıydı o boyda bir kişinin nə işi var idi orda ? arvad uşağıda var idi . Onlara kim baxacaqdı ? yox olmazdı.. qoymadım.. ama nə fayda 2 gün sonra Onalara getdim ki hal əhval soruşum oğlum nə gəzir? Dedilər gedib artıq. Elə o gedən bu gedən birdə qayıtmadı.”
-Başın sağ olsun xala , bu ki bir fəxrdir sən o boyda şəhidin anasısan.  Ürək-dirək vermək isdədim guya. Qocada qabağımda o qədər ürəynən ağlıyırdı ki  mənimdə gözlərim yaşarırdı.
“Bax ən ağırıda bududa oğlum şəhid olmadı.. o minaya düşüb əyağını itiribmiş hərbi qospitalda dözə bilmiyib özün öldürmüşdü.”
Qoca kürəyinə saldığı tünd qaramtıl yaşıl şalı ilə gözünü sildi. Sonra yenə
“Oğlum adaşın idi.Adınız bir olsada  bəxtiniz bil olmasın bala.Elə indidə nənənlə poçdan gəlirik. Ərimin ölüm məktubu gəldi... Bax buna görə diyirdim hər şeyi soruşmazlar . Gördün söhpəti dəyişirlər səndə dəyiş..Əşi nəysəye mənidə ağlatdın. Başqa nə var nə yox”-dedi.Birazda danışdıq ki nənəm gəldi , mən getdim öz otağıma. O günə kimi həyta tamam başqa bir gözlə baxırdım. 
O gün anladım ki əsil dərd qəm kədər hətta əsil sevgi nədir. Tam 67 il birini gözləmək səni yarı yolda qoymasına baxmayaraq tam 67 il. Zarafat deyil az qala bir insanın ömrü qədər. Elə o gün bildim gerçək sevgi nədir deyə.

Bu gün isə həzin mahnılarla o nostajini yaşayıram.Bəzən öz kiçik otağıma bir küncə qısılıram. Yadıma düşdükcə gözlərim dolur.Pəncərəmdə tıkkıldayan yağış , küləylər şəhərinin o solğun və tünd küləyi  sanki dərdləridə üzə vurur. Elə bil uzaq diyarlardan kədər gətirir , yalnızlığın , kimsəsizliyin dadından dəm vurur. Bilirəm məndədə günah var.İki gün öncə könlünə toxunduğum qadının yalnızlığıdır bəlkdə yaşadıqlarım.Əsən hər küləkdə onun qızıl saçlarından keçib gəlir sanki. Qoxusu  var qısaca hər yerdə. Yada bilərəkdən küləylə ətrin göndərir. Necəki mən qələmlə çatdırıram sözlərimi o da elə.Və o gün deyəndə ki bu şəhərə lənələrindən danışarsan oğluna  , o anlamadı bu şəhər deyəndə içimizdəki şəhərdən danışırdım. Ölçüsü yumruq boyda olan ürəkdə yaratdığım ölkənin şəhəri..Ortaq arzularımızı birləşdirən şəhəri.


Və ən əsası bu gün alayıram ki , hər kəs səni tərk edəcək , səni acılarla baş başa qoyacaq. Əsas olan oldur ki sən bu gün az qala bir insan ömrü qədər zaman müddətində uğrunda üzülərək yaşamağa dəyəcək birini tapasan.